Cəmiyyət

Naxçıvanda yollar bərbad vəziyyətdədir – VİDEO

Sharing is caring!


Naxçıvan Şəhər Qaraçuq kəndində yollar bərbad vəziyyətdədir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, sakinləri yolların bərbad olmasından şikayət edirlər. 

Onlar bildiriblər ki, bir neçə il əvvəl yeni kanalizasiya xətləri çəkmək üçün kənd yolları qazılıb. Həmin yollara torpaq tökülsə də, sökülmüş asfaltı yenilənməyib. Buna görə də, ətraf evlər yayda toz-torpaq içində olur. 

Yolun ətrafında qazılan su kanalı isə, təmir olunmayıb. Bu səbəbdən ətrafdakı evlərin divarı su çəkir, nəmişlik olur.

Eyni zamanda, kənd sakinləri deyirlər ki, yağış, qar yağarkən isə palçıq əlindən yolda yürümək olmur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir