Kriminal

Qazaxda məhkəmə qərarı ilə saxlanılan şəxsə narkotik keçirilməsinin qarşısı alınıb – FOTO/VİDEO

Sharing is caring!


Qazax Rayon Polis Şöbəsinin Qazaxda Müvəqqəti Saxlama Yerinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Qazax Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxsə narkotik vasitə keçirməkdə şübhəli bilinən rayon sakini tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qazax rayon sakini olan 35 yaşlı Maral Osmanova Müvəqqəti Saxlama Yerində saxlanılan tanışı Elvin Mansurova geyim və digər gigiyenik əşyalar gətirib.

Əşyalar polis əməkdaşları tərəfindən yoxlanılan zaman nəm salfet qutusunun içərisindən bir ədəd bükümdə, narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir