Kriminal

Bakıda qadın keçmiş həyat yoldaşını döyüb

Sharing is caring!


Bakının Sabunçu rayonunda keçmiş arvadı tərəfindən döyülən kişi xəstəxanaya yerləşdirilib.

“Report”un məlumatına görə, Yeni Ramana qəsəbəsində boşanmış həyat yoldaşı ilə eyni evdə yaşayan 1982-ci il təvəllüdlü Beyrub Xurşud oğlu Mahmudov keçmiş həyat yoldaşı Ceyhunə İmdad qızı Mahmudova tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, zərərçəkən hadisəni “Report”a təsdiqləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir