Kriminal

Mağazada keçmiş arvadını bıçaqlayan şəxslə bağlı QƏRAR

Sharing is caring!


Sumqayıt Apellyasiya Məhkəməsində Şamaxıda keçmiş arvadını öldürməyə cəhddə ittiham olunan Elton Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində E.Hüseynov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Hüseynov Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunub.

Məlumata görə, X.Teymurova həyat yoldaşı ilə münasibətləri pis olduğu üçün bir müddət əvvəl ondan boşanıb. Amma buna baxmayaraq, E.Hüseynov X.Teymurovaya hədə-qorxu gəlməkdə davam edib.

Sonuncu dəfə onu izləyərək, Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən mağazada yaxalayıb. E.Hüseynov ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq, keçmiş həyat yoldaşı X.Teymurovaya çoxsaylı bıçaq zərbələri endirib. Keçmiş arvadının öldüyünü düşünən E.Hüseynov hadisə yerindən uzaqlaşıb.

Xəstəxanaya çatdırılan X.Teymurovanın həyatını xilas etmək mümkün olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir