İdman

“Qarabağ” Vadjinin Fransa klubuna keçidini AÇIQLADI

Sharing is caring!

“Qarabağ” klubu futbolçusu İbrahima Vadjinin Fransa “Sent-Etyen”inə keçidini açıqlayıb.

“Köhlən atlar”ın mətbuat xidmətindən verilən məlumata görə, 27 yaşlı hücumçu əldə olunmuş razılığa əsasən Liqa-2 təmsilçisinə keçib.

Seneqallı forvard artıq yeni klubu ilə müqavilə də imzalayıb. Vadji üç illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, “Sent-Etyen” Vadjinin keçidi üçün “köhlən atlar”a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir