Kriminal

Gənc cüdoçunu öldürməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Sharing is caring!


Şağan Olimpiya İdman Kompleksində qətl törətməkdə təqsirləndirilən Ruslan Səfixanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 16-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfixanov 19 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adamöldürmə, xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham elan olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir