Kriminal

Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb – FOTO/VİDEO

Sharing is caring!


Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Mustafa Əhmədovun sürücülük hüququ olmadan VAZ markalı avtomobillə toy karvanında intizamsızlıq etdiyi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratması məlum olub. Şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əhmədov 18 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bundan başqa, keçirilən mütəmadi tədbirlərlə avtomobillərinə qanunsuz konstruksiya dəyişikliyi edən şəxslər barəsində də qanunamüvafiq tədbirlər görülüb. Qanunsuz dəyişiklik aradan qaldırıldıqdan sonra avtomobillərin istismarına icazə verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir