Kriminal

Abşeronda cinayətlərə görə saxlanılan şəxslərin sayı açıqlanıb

Sharing is caring!


Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri iyulun 7-də rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası – küçə ticarəti, avaralıq və dilənçilik, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə, səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.

Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 1 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, “isti izlər”lə cinayətin açılması 29, narkotiklə əlaqəli cinayətlərə görə 9 nəfər, odlu silahın aşkarlanması 1, küçə ticarəti ilə məşğul olduqlarına görə 24, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 12, xırda xuliqanlığa görə 11, xırda talamaya görə 2, antisanitariya və digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 619 fakt aşkarlanıb, mülki axtarışa görə 8 şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 177 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran eləcə də konstruksiyasında dəyişiklik edən 12 sürücü, dayanma-durma qaydalarının pozulmasına görə 50, sərxoş vəziyyətdə avtomobil idarə edən 2, avtoxuliqanlıq edən 2 sürücü müəyyən edilib.

“Abşeron rayonunda xidmətin nümunəvi təşkili və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılır”, – məlumatda qeyd edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir