Kriminal

Abşeronda narkotik satışı təşkil edən və silah gəzdirən şəxslər saxlanılıblar – VİDEO

Sharing is caring!


Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin satışını təşkil edən, habelə üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan – əvvəllər məhkum olunmuş Niyaz Babayev, Məhərrəm Nəhmətov və Məhərrəm Xasanov tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən ümumilikdə 8 kiloqram, o cümlədən 6 kiloqram narkotik vasitə heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslərin narkotikləri İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib.

Qeyd edək ki, cari ilin aprel-may aylarında Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərlə bağlı 124 fakt aşkar edilib.

Həmin faktlar üzrə 12 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının Xırdalan şəhəri və Mehdiabad qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı isə qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum olunmuş Namiq Rəhimov və Habil Əliyev tutulublar. Bu şəxslərdən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 56 ədəd patron və 2 ədəd patron darağı aşkar edilib. Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanunazidd əməllərə yol verən şəxslərin saxlanılmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir