Dünya

Cənubi Koreya və Türkiyə dörd nüvə reaktorunun tikintisi ilə bağlı danışıqlar aparır

Sharing is caring!

Cənubi Koreyanın Elektrik Enerjisi Korporasiyası (KEPCO) Türkiyə hökuməti ilə ölkədə dörd nüvə reaktorunun tikintisi üçün 30,7 milyard dollarlıq mümkün müqavilə ilə bağlı danışıqlar aparır.

Bu barədə Koreya mətbuatı şirkət nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, 2023-cü ildə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılacağı planlaşdırılır. Məhz bundan sonra müqavilə imzalamaq mümkün ola bilər.

Bildirilir ki, Koreya şirkəti Türkiyənin şimalında atom elektrik stansiyası tikməyi planlaşdırır, lakin onun dəqiq yeri açıqlanmır.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir