Kriminal

Tovuzda kütləvi dava: Bıçaqlayıb qaçmaq istədilər, qəzaya uğradılar

Sharing is caring!


Tovuz rayonunda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb, bir neçə nəfər isə müxtəlif xəsarətlər alıb.

“Report”un məlumatına görə, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.

Çay evlərinin birinin qarşısında mübahisə edən tərəflərdən biri bıçaqlanıb. Daha sonra mübahisə edənlərdən bəziləri “KİA” markalı avtomobillə hadisə yerindən uzaqlaşan zaman avtomobil idarəetmədən çıxaraq yol kənarındakı traktora çırpılıb.

Avtomobil qəzası zamanı Əliyev Hüseyn, Tural Tağıyev, Sənan Məmmədov və Günay Babayeva müxtəlif bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.

Bıçaq xəsarəti alan şəxsin vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir