Kriminal

Həyətində çətənə kolları yetişdirən Neftçala rayon sakini saxlanılıb – FOTO

Sharing is caring!


Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qaraqaşlı kənd sakini Elxan Qasımov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, həmçinin dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 207 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir