Kriminal

Kafe sahibini bıçaqladı, evində narkotik aşkarlandı, BƏRAƏT verildi

Sharing is caring!


Şəki Apellyasiya Məhkəməsində Qaxda qəsdən sağlamlığa zərər vurmada və qanunsuz narkotik saxlamada təqsirləndirilən Murad Muxtarlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti və protestinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin olunub, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli hökmü qismən ləğv edilib.

Belə ki, Murad Muxtarlı barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilib. Hökm baxılmış apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılıb.

İttihama görə, hadisə 19 avqust 2022-ci il tarixdə, saat 20:10 radələrində Qax şəhəri, Azərbaycan prospektində yerləşən zərərçəkmiş Sahib Muxtarovun işlətdiyi kafedə qeydə alınıb.

Belə ki, onunla zərərçəkmiş şəxs arasında mübahisə yaranıb. Bu zamanı Murad Muxtarlı onu təhqir edib. O isə əsəbiləşərək üzərində gəzdirdiyi cib bıçağı ilə Sahibin qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq xəsarət yetirib.

Bundan başqa, 21 avqust 2022-ci il tarixdə Qax şəhəri, İmam Mustafayev küçəsində Murad Muxtarlının özünə məxsus olan qarajda saxladığı VAZ-2107 markalı avtomobilində axtarış aparılıb. Bu zaman maşının qabaq sağ oturacağının alt hissəsindən bir ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 1,428 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Muxtarlı 3 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir