Kriminal

Cəlilabadda silsilə oğurluq edən şəxs saxlanılıb

Sharing is caring!


Cəlilabadda bir həftə ərzində 3 mağaza və bir aptekdən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində yerləşən apteklərdən birindən 3360 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səyad Həmidov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun bir neçə gün ərzində əlavə olaraq 3 mağazadan da müxtəlif məbləğlərdə pul, danışıq kartları, tütün məmulatları və digər əşyalar oğurladığı müəyyən edilib.

Məhkəmənin qərarı ilə S.Həmidov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir