Kriminal

Xadimə həyat yoldaşı ilə birlikdə işlədiyi evi soydu

Sharing is caring!


Səbail rayonunun Badamdar qəsəbəsindəki evlərin birindən 7 000 manat dəyərində qızıl-zinət əşyaları qeyri-aşkar şəraitdə oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmin evdə işləyən xadimə və həyat yoldaşı müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir