Kriminal

Kür çayında naməlum insan meyiti tapılıb

Sharing is caring!


Kür çayında naməlum insan meyiti tapılıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, meyit Kürün Yevlax rayonu ərazisindən keçən hissəsində aşkar edilib.

Hadisə yerinə Yevlax Rayon Prokurorluğu və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilir.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir