İdman

İrəvanda qızıl medal qazanmış türkiyəli idmançıların Bakıya nə vaxt gələcəkləri məlum oldu

Sharing is caring!


İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında uğur qazanan Türkiyə idmançılarının Bakıya səfər edəcəkləri tarix müəyyənləşib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizə dəvət olunan idmançılar sabah Bakıya gələcəklər. Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altunun yer aldığı nümayəndə heyətinə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü də daxildir.

Səfər çərçivəsində onların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir