Kriminal

Bakıda mənzildən pul və qızıl oğurlayan qadın tutulub

Sharing is caring!


Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 18-də rayon ərazisindəki evlərin birindən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.Tağıyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir