Cəmiyyət

Süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması bu xəstəlikdən ölüm hallarını 66 faizə qədər azaldıb

Sharing is caring!

2018-ci ildə dünyada 2 milyon 300 min qadına süd vəzi xərçəngi diaqnozu qoyulub. 

Oxu.Az xəbər verir ki, bu fikirləri “Liv Bona Dea Hospital”ın uzman həkim-onkoloqu Ceyhun İsayev deyib. 

O bildirib ki, həmin il 627 min qadın süd vəzi xərçəngindən vəfat edib:

“Suriyada olan 11 illik müharibə təkcə bir il ərzində 610 min insanın ölümünə səbəb olub. Amma bir il ərzində yalnız süd vəzi xərçəngi 627 min qadının ölümünə səbəb olub. Bu xəstəliklə mübarizə aparmaq üçün önəmli məqam xəstəliyin erkən mərhələdə aşkarlanmasıdır.

Süd vəzi xərçəngi ilkin mərhələdə aşkarlandığında və düzgün müalicə metodu seçildikdə 100 faiz sağalan xəstəlikdir. Bu sahədə 40 ilə yaxındır ki, araşdırma və erkən diaqnoz qoyulmasını təmin edən xüsusi proqramlar hazırlanır. Bu proqramlar ilk dövrdə ABŞ-dan başlasa da, bu gün Türkiyədə və digər ölkələrdə də geniş tətbiq edilir. İnkişaf etmiş ölkələrə diqqət etsək, süd vəzi xərçənginə daha çox rast gəlinir. Lakin ölüm faktı nisbətdə çox aşağı düşüb. Səbəb isə budur ki,  insanlar bu sahədə maarifləndiriliblər, hər şeyin fərqindədirlər. Bu proqrama qoşulduqları və müalicə metodlarına cəlb olunduqları üçün biz müsbət nəticə əldə edirik.

Hər zaman pasiyentlərə tövsiyə edirik ki, cərrahlardan daha çox, radioloqlarla dostluq edin. Çünki süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması proqramları bu xəstəlikdən ölüm hallarını 66 faizə qədər azaldıb. Cərrahi prosedurlardan isə ölüm faktları cəmi 33 faiz azalıb”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir