Kriminal

Dünya çempionunu avtoyuma məntəqəsində öldürən şəxslə bağlı qərar açıqlandı

Sharing is caring!


Ali Məhkəmədə tanınmış kikboksinq ustası İlqar Alıyevin oğlunu bıçaqlayıb öldürməkdə ittiham olunan Emil Məmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilmədən saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2019-cu il iyunun 15-də Gəncə şəhəri ərazisində baş verib.

Belə ki, Gəncədə yerləşən “Uğur” çay evinin sahibi Emil Məmmədov həmin obyektin qarşısında yerləşən “Miraj” çay evinin birinci mərtəbəsindəki avtomobil yuma məntəqəsini də icarəyə götürərək işlədib. O, həmin avtomobil yuma yerinə gələrək maşınını yuduzduran Elnur Alıyevlə pul üstündə mübahisə edib. Onlar bir-birinə bıçaq xəsarətləri yetiriblər. Nəticədə 1995-ci il təvəllüdlü Elnur Alıyev ölüb. Davanın digər iştirakçısı, 1983-cü il təvəllüdlü Emil Məmmədov isə yaralanıb.

Hadisəni törətməkdə təqsirli bilinən Emil Məmmədov barəsində cinayət işi başlanıb və o həbs edilib.

Məhkəmədə ifadə verən Emil Məmmədov bildirib ki, hadisədən bir il əvvəl onun icarəyə alıb işlətdiyi “Qızıl çay evi”ndə də ora gələnlər arasında dava düşüb. Dava edənlər arasında Elnur Alıyev də olub.

Çay evini həyat yoldaşı ilə birlikdə işlədən E.Məmmədov daha sonra başqa yerdən məkan icarəyə götürərək “Uğur” çay evi adı ilə işlətməyə başlayıb.

Məhkəmə iclasında ifadə verən mərhumun atası, tanınmış kikboksinq ustası İlqar Alıyev bildirib ki, Elnur idmançı idi və üç qat dünya çempionu, on beş qat respublika çempionu olub. İlqar Alıyev iddia edib ki, hadisə zamanı Emil tək olmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir