Siyasət

Səfir Albaniyanın BMT TŞ-nin iclasındakı Azərbaycanla bağlı mövqeyini alqışlayıb – FOTO

Sharing is caring!


Azərbaycanın Tiranadakı səfiri Anar Hüseynov Albaniyanın BMT Təhlükəsizlik Şurasının guya Azərbaycanın Qarabağ bölgəsində yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclasındakı mövqeyini alqışlayıb.

Bu barədə diplomat “X” sosial şəbəkəsində yazıb.

“Biz Albaniyanın regionumuzdakı hadisələrlə bağlı obyektiv və ardıcıl mövqeyini yüksək qiymətləndiririk. Bu mövqe yalnız sülhə, sabitliyə və çoxşaxəli regional əməkdaşlığa xidmət edir”, – səfir vurğulayıb.

Xatırladaq ki, Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca Ermənistan tərəfinə eyham vuraraq “humanitar ehtiyac”ların siyasiləşdirilməməsinə çağırış edib:

“Fikrimizcə, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək lazımdır. Buraya digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir