Kriminal

Türkiyə kəşfiyyatı FETÖ-nün Azərbaycan strukturuna rəhbərlik edən şəxsi saxlayıb

Sharing is caring!


Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) həyata keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatının hazırkı maliyyə strukturuna daxil olan Mehmet Cintosun saxlanılıb.

O, ölkə xaricində tutulub və Türkiyəyə gətirilib.

Türkiyə mətbuatı yazır ki, Mehmet Cintosun 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.

M.Cintosun 2014-cü ildə Türkiyəyə qayıdıb və 15 iyul çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, o, xaricdə FETÖ terror təşkilatının maliyyə resurslarını idarə edib və təşkilat üzvlərinə maddi-texniki dəstək verib.  

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir