İdman

Tofiq Musayev zədəsini sağaldıb: “Növbəti döyüşüm ya ABŞ, ya da Yaponiyada olacaq”

Sharing is caring!


Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev zədəsini sağaldıb.

Bu barədə Oxu.Az saytına açıqlamasında 34 yaşlı idmançı özü məlumat verib:

“Aleksandr Şabli ilə döyüşdən sonra Bakıya qayıdıb müalicəyə başlamışdım. Artıq yaxşıyam. Məşqlərə başlamışam və yaxın gələcəkdə döyüşməyə tam hazır olacağam”.

T.Musayev növbəti döyüşünün vaxtının dəqiq bəlli olmadığını bildirib:

“İyun və ya iyulda “Bellator”da döyüşməliyəm. Döyüş ya ABŞ, ya da Yaponiyada olacaq. Hansı proqram məsləhət bilinsə, ora gedəcəyəm”.

Qeyd edək ki, Tofiq Musayev dünya Qran-prinsinin 1/4 final mərhələsində Aleksandr Şabli ilə döyüşdə zədələnib texniki nokautla məğlub olmuşdu.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir