Kriminal

Azərbaycanda qeyri-adi ŞANTAJ: Qadın bildi, kişi çıxdı

Sharing is caring!


Azərbaycanda qeyri-adi şantaj qeydə alınıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib. 

Polisə müraciət edən şəhər sakini 24 yaşlı Mətləb Bağırov naməlum qadın tərəfindən şantaj edildiyini bildirib. Şikayətçi qeyd edib ki, naməlum bir qadın onun mobil telefonuna mesaj yazaraq tanış olmaq istədiyini deyib. 

Həmin qadın sonradan ondan qeyri-münasib şəkillərini göndərməsini xahiş edib. Aralarında yaranmış səmimiyyətə arxayın olan oğlan qadına şəkillərini göndərib. Bundan sonra, həmin nömrədən bir kişi oğlana zəng edərək onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək pul tələb edib. 

Daxil olan şikayət əsasında Abşeron Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir