Kriminal

Gədəbəydə içki məclisi qanla bitdi

Sharing is caring!

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Böyük Qaramurad kəndində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini 1996-cı il təvəllüdlü Cavid Qasımov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, C.Qasımov yeyib-içdikdən sonra tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Gədəbəy Rayon Polis Şöbəsinə Tovuz rayon sakini Cavid Qasımovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları müvafiq tədbirlər görüblər, C.Qasımova xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 1983-cü il təvəllüdlü Firdovsi Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir