Kriminal

Naxçıvanda kafedə bıçaqlanma olub

Sharing is caring!

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin kafelərindən birində qeydə alınıb.

Naxçıvan şəhər Qaraxanbəy kənd sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Mustafayev münaqişə zəminində tanışı Araz Nemətoğlu tərəfindən bıçaqlanıb.

M.Mustafayev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Təqsirli bilinən şəxs isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir