XəbərAl.az xəbər verir ki,16 mart tarixində ölkə başçısı İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamı ilə sabiq səhiyyə naziri Əli İnsanov da cəzasının çəkilməmiş hissəsindən azad edilib. Xəzər televiziyasının aparıcısı Tolik( Tarix Əliyev) keçmiş səhiyyə naziri Əli İnsanovun ölkə başçısının sərəncamıyla əfv olunmasını şəxsi facebook səhifəsində belə şərh edib. Aparıcı qeyd edib: “Deyirəm, bu Əli İnsanov indi nə yaman jurnalistlərə “əzizlərim” deyir, yadından çıxıb 14 il qabaq xanıma “rədd ol” dediyi sözlər? Millionları yeyib üstündən su içib, indi də Amerikaya çox sağ ol deyir!! Səni gərək ömürlük məhkum edəydilər.”
Oxşar Xəbərlər
Bakı metrosunda oğurluq və soyğunçuluq edən şəxs saxlanıldı – FOTO
Polis əməkdaşları tərəfindən Bakı Metropoliteninin stansiya və vaqonlarında talama əməlləri törədən şəxs müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. İki və daha artıq sərnişinin mobil telefon və pulunu oğurluq və soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən 1990-cı il təvəllüdlü Afiyəddin Kərimov saxlanılıb. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur. Faktla bağlı […]
Dəhşətli qəza törədən bloqer “Nikosayağı”nın atası: “Deyir dostuma birşey olsa, mən də özümə nəsə edərəm”
“Hələ ki, yaxşı demək olmaz. Qabırğası qırılıb, boynunda kəskin ağrı var. Depressiyadadır. Dostunu soruşur. Deyir ona nəsə olsa, mən də özümə nəsə edərəm”. Bu sözləri “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin atası, nevropatoloq Nafiz Mütəllimov oğlunun səhhətindən danışarkən deyib. Xatırladaq ki, Avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev […]
İranda qadınlar hicabsız marafon yarışına qatıldılar – VİDEO
İranın Kiş adasında qadınlardan ibarət iki marafon yarışı keçirilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Yarışda mindən çox insan iştirak edib. Maraqlıdır ki, qadınlar bu dəfə marafona hicabsız qatılıblar. Xeberal.az