Kriminal

Mədəniyyət Nazirliyinin sabiq şöbə müdirinin həbs müddəti uzadıldı

Sharing is caring!

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin sabiq müdiri İlkin Nəsibov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, İlkin Nəsibovun həbs müddəti 4 ay uzadılıb.

Nazirlikdə keçirilən əməliyyat zamanı həbs olunmuş sabiq nazir müavini Elnur Əliyevin cinayət işi üzrə də ibtidai istintaqı davam edir. Onun barəsində ibtidai istintaq dövründə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilib.

Əməliyyat zamanı nazir müavini Elnur Əliyev və Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov istintaqa cəlb olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir