Cəmiyyət

Bakıda parkda kəsilən ağacların yerinə yeniləri əkildi – FOTO

Sharing is caring!

“Bakı şəhəri, Xətai rayonunda yerləşən meşə tipli Gənclik parkında kəsilən ağacların yerinə yeniləri əkilib”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

O vurğulayıb ki, ərazidə quruyan ağaclar yenisi ilə əvəzlənib.

“Sözügedən parkda 11 ağac kəsilib, 80 ağac əkilib”.

Qeyd edək ki, sosial şəbəkələrdə Gənclik parkında ağacların kəsilməsinə aid görüntülər yayılıb. 

Xatırladaq ki, parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlanmışdı. 2021-ci ilin avqust ayında park açılıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir