Kriminal

Restoranın önündə mübahisə: Qadın ərini ürəyindən bıçaqladı

Sharing is caring!

Abşeron rayonu, Xırdalan şəhərində qadın ərini bıçaqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, saat 00:40-da “Bakı Gecələri” restoranının qarşısında Ş.Baxşıyeva həyat yoldaşı K.Babayevə bıçaqla ağır xəsarət yetirib. Ürək nahiyəsindən xəsarət alan kişi xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalarla hadisənin ər və arvadı arasında pul mübahisəsinə görə baş verməsi müəyyən edilib.

Ş.Baxşıyeva saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə iş açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir