Kriminal

Ucarda qadının evinə maskalı şəxslər basqın ediblər

Sharing is caring!

Ucarda evə basqın olub.

APA xəbər verir ki, Həsənova Nurayyə Mirzə qızı Ucar RPŞ-yə ərizə ilə müraciət edib.

O, yaşadığı fərdi yaşayış evində tək olduğu vaxt evinə basqın edildiyini, üzlərində qara rəngli maska olan iki nəfər şəxsin onun əl-qolunu yapışqan lentlə bağlayıb evin yataq otağında olan yük döşəklərinin altından 7 000 manat nağd pulu götürərək uzaqlaşdıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kərimov Müşfiq Cavanşir oğlu və Kərimov Cavanşir İbad oğlu şübhəli şəxs qismində tutulublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir