Kriminal

Nişanlısını döyərək bıçaqlayan şəxs saxlanıldı

Sharing is caring!

Astara rayonunda nişanlısını bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisə baş verdikdən dərhal sonra faktı törətməkdə şübhəli bilinən Mirisaq Mirvaleh oğlu Mirtalibov saxlanılıb, faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. 

Zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, ötən gün Astaranın Şiyəkəran kəndində 22 yaşlı Mirisaq Mirvaleh oğlu Mirtalıbov şəxsi münasibətlər zəminində nişanlısı Səbinə Nicat qızı Qənbərovanı döyüb və ona bıçaqla xəsarət yetirib.

S.Qənbərova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir