Kriminal

Cəlilabadda sabiq vəzifəli şəxs barəsində cinayət işi başlanıldı

Sharing is caring!

Cəlilabadda sabiq direktor barəsində cinayət işi başlanılıb.

Bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad bölgə təcrübə stansiyasının (BTS) sabiq direktoru Hüseynağa Feyzullayevin işlədiyi dövrdə Cəlilabad BTS-yə məxsus olmuş pul vəsaitini mənimsəməsi barədə daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla Hüseynağa Feyzullayevin işlədiyi 2009-2019-cu illər ərzində BTS-nin fəaliyyəti zamanı əldə edilərək yardımçı təsərrüfatın xəzinəsinə mədaxil olunmuş pul vəsaitləri, habelə müəssisənin balansında olan texnika və avadanlıq üzərində qanunsuz sərəncam verməklə ümumilikdə 108 114 manat məbləğində pul vəsaiti və maddi əmlakı özünün və üçüncü şəxslərin mülkiyyətinə keçirməklə öz qulluq mövqeyindən istifadə edib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir