Kriminal

Həyətində çətənə bitkisi yetişdirən Ağcabədi rayon sakini saxlanılıb – FOTO

Sharing is caring!

Ağcabədi rayonunda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini İlqar Budaqov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətindəki yarımtikilinin içərisində kultivasiya ilə yetişdirilmiş çəkisi 25 kiloqram olan 21 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir