Cəmiyyət

Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir – FOTO

Sharing is caring!

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri, baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.

Yas mərasimi mərhumun qardaşının Yeni Yasamal qəsəbəsində yaşadığı ünvanda təşkil olunub.

Mərasim üçün çadırlar qurulub.

O.Əsgərovun ata evi Gəncədə olsa da, o, İkinci Fəxri xiyabanda dəfn olunacağı üçün mərasim Bakıda keçirilir.

Hələ ki, O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb, onlardan biri əməliyyat olunub. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

PhotoStock.az-ın Orxan Əsgərovun yas mərasimindən hazırladığı fotoları təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir