İqtisadiyyat

Misirlə iqtisadi-ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Sharing is caring!

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Misir xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Nasr ilə görüşüb.

Bu barədə İqtidadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirin birinci müavini Misirlə əlaqələrə önəm verildiyini vurğulayıb, Misirin İnqilab Günü münasibətilə İhab Nasrı təbrik edib. Qeyd edilib ki, ölkələrimiz bir sıra sahələrdə, o cümlədən, beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, Misirlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə önəm verilir. Bu sahədə əlverişli platforma olan Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilmiş sonuncu iclasında imzalanmış sənədlər işgüzar dairələr arasında tərəfdaşlığın inkişafına xidmət edir. Bununla yanaşı, iş adamlarının birbaşa əlaqələrinin qurulması, tərəfdaşlığın inkişafı baxımından biznes forumların, ticarət missiyalarının təşkili, sərgilərdə qarşılıqlı iştirak əhəmiyyətli tədbirlərdir.

İnvestisiya əməkdaşlığı barədə danışan Elnur Əliyev iqtisadiyyatın digər sahələri ilə yanaşı, Misir iş adamlarını işğaldan azad olunmuş ərazilərimizdə layihələrin həyata keçirilməsində iştiraka dəvət edib.  

Misir xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Nasr ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə ikitərəfli iqtisadi-ticarət, investisiya əməkdaşlığının genişləndirilməsi barədə müzakirə aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir