İqtisadiyyat

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 105 milyon ayıracaq

Sharing is caring!

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündə ilan külək elektrik stansiyasının inkişafı, tikintisi və istismarı üçün 105 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq.

“Report” EBRD-yə istinadən xəbər verir ki, kreditin iyulun 20-də EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqlənməsi gözlənilir. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları təşkil edir.

Bank, xüsusən də “COVID-19” pandemiyasının yaratdığı məhdud likvidliyi nəzərə alaraq və Azərbaycanda bərpa olunan enerji layihəsi üçün ilk özəl maliyyələşdirmə olduğu üçün bu böyük infrastruktur layihəsi üçün yerli bazarda mövcud olmayan şərtlərlə uzunmüddətli maliyyələşdirmə təmin edir.

Borcalan “ACWA Power” tərəfindən Azərbaycanda yaradılan “ACWA Power Azərbaycan Bərpa Olunan Enerji” MMC çıxış edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir