Cəmiyyət

“Naxçıvan Sığorta”nın keçmiş sədrinə səhiyyə sektorunda vəzifə verilib

Sharing is caring!


Naxçıvan Muxtar Respublikanın Səhiyyə Nazirliyinin tabeliyindəki təcili tibbi yardım xidmətinin rəhbərliyinə təyinat olub.

“Report” xəbər verir ki, xidmətin rəisi vəzifəsinin icrası Tural Ələkbərova həvalə edilib.

O, bundan əvvəl hazırda ləğv prosesində olan “Naxçıvan Sığorta” ASC-nin İdarə Heyətinin sədri olub. Şirkətdən “Report”a faktı təsdiq ediblər.

Xatırladaq ki, ötən ilin noyabr ayında Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzinin bazasında təcili tibbi yardım xidməti yaradılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir