İqtisadiyyat

ABŞ-da benzinin qiyməti rekord həddə çatdı

Sharing is caring!

ABŞ-da bir qallon (3,785 litr) benzinin orta qiyməti 5 dolları keçərək, rekord həddə çatıb.

Bunu ölkədəki 60 mindən çox yanacaqdoldurma məntəqəsində qiymətləri izləyən Amerika Avtomobil Assosiasiyasının məlumatları sübut edir.

Şənbə günü “Regular” benzinin (AI-92) bir qallonunun qiyməti ABŞ-da 5,004 dollara qalxıb. Cümə günü bu rəqəm 4,986 dollar, Co Baydenin ABŞ prezidenti kimi andiçmə mərasimindən sonrakı ilk həftədə isə 2,39 dollar olub.

Ölkədə ən yüksək benzin qiymətləri ənənəvi olaraq Kaliforniya ştatında müəyyən edilir. Orada sürücülər indi orta hesabla hər qallon üçün 6,42 dollar ödəyirlər.

ABŞ-da pərakəndə benzin qiymətlərində güclü artım qışın sonunda başlayıb, maksimum göstəricilər silsiləsi ardıcıl dördüncü həftədir yenilənir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir