İqtisadiyyat

Baş nazir bp-nin nümayəndə heyəti ilə görüşüb

Sharing is caring!

Baş nazir Əli Əsədov iyunun 1-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə aparılan danışıqlara toxunulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir