İdman

Azərbaycanlı futbolçular Türkiyə klubunun rəhbərliyi tərəfindən mükafatlandırılıb – FOTO

Sharing is caring!

Türkiyənin “Alanyaspor” klubu 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə “Alanya Cup” futbol turniri təşkil edib.

Oxu.Az-ın xəbərinə görə, bu yarışda Azərbaycandan “Atletiko Baku” komandası mübarizə aparıb.

25-31 may tarixləri arasında təşkil olunan turnirdə həmin futbol məktəbinin 14 yaşadək komandası (U-14) iştirak edib. “Atletiko Baku”nun rəqibləri “Alanyaspor”un U-13 və U-14, həmçinin “Alanya Bələdiyəspor”un U-14 komandaları olub. Konaklı stadionunda oynanılan qarşılaşmalara futbolçular hər iki ölkənin bayraqları ilə çıxıb, Türkiyə və Azərbaycanın Himnləri oxunub.

Daha sonra “Atletiko Baku” “Alanyaspor” klubunun qonağı olub və klub prezidenti Hasan Çavuşoğlu ilə görüşüb. Görüşdə vitse-prezident Kamil Kösəoğlu və klub prezidentinin köməkçisi Ahmet Paşaoğlu iştirak edib. Səfərin sonunda turnirin 9 xalla qalibi olan “Atletiko Baku”ya kubok, medal və plaketlər təqdim olunub.

Qeyd edək ki, Madrid “Atletiko”suna oxşar forma və loqoya malik olan “Atletiko Baku”nun baş məşqçisi Adil Mahmudov və köməkçi məşqçi Namiq Cəfərovdur.

Xatırladaq ki, “Alanyaspor”un prezidenti Həsən Çavuşoğlu ötən Bakıda səfərdə olub və klubun ölkəmizdəki futbol məktəbinin açılışında iştirak edib. O, səfər müddətində “Neftçi”, “Qarabağ” və AFFA rəhbərliyi ilə görüş də keçirib.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir