İqtisadiyyat

Yaponiya Rusiyanın baş nazirini yeni sanksiya siyahısına saldı

Sharing is caring!

Yaponiya Ukraynadakı vəziyyətə görə tətbiq edilən genişləndirilmiş sanksiya siyahılarını açıqlayıb.

Daha əvvəl ölkənin Baş naziri Fumio Kişida tərəfindən açıqlanan müvafiq sənədləri ölkənin Xarici İşlər Nazirliyi dərc edib.

Yenilənmiş sanksiya siyahılarına 130-dan çox adam, o cümlədən Rusiyanın Baş naziri Mixail Mişustin, Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev, “LXR” və “DXR” liderləri, habelə Gennadi Timçenkonun qohumları daxil ediliblər. Sanksiyalara məhdudiyyətlər, o cümlədən aktivlərin dondurulması daxildir.

Yaponiya həmçinin müdafiə sektoru ilə əlaqəli məhdud şirkət və təşkilatların siyahısını genişləndirərək əlavə ixrac sanksiyaları tətbiq edib. Siyahıya “Almaz-Antey” və “Taktik Raketlər Korporasiyası” da daxil olmaqla 70 yeni şirkət əlavə edilib.

Belə ki, Yaponiyanın sanksiya siyahılarına artıq 700-dən çox Rusiya Federasiyası, Belarus, “LXR” və “DXR” vətəndaşları, həmçinin 200-dən çox Rusiya şirkəti və təşkilatı daxildir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir