İqtisadiyyat

Dünyada bu qədər insanın internetə çıxışı yoxdur

Sharing is caring!

Dünyada təxminən 3,7 milyard insanın internetə qoşulmaq imkanı yoxdur ki, bu da bərabərsizliyin yeni formasını yaradır.

“XəbərAl.az” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır bildirib.

“Təxminən 3,7 milyard insanın rəqəmsal texnologiyalardan kənarda qalması, işləmək, təhsil almaq və internetdə alış-veriş etmək imkanı olmaması fakt olaraq qalır”, – o qeyd edib.

O, rəqəmsal bölünməni aradan qaldırmağa çağırıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir