İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatı nə qədərdir? – CƏDVƏL

Sharing is caring!




Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69 milyard 027,2 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 83,1%-i və yaxud 57 milyard 372,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,9%-i və yaxud 11 milyard 654,4 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 344,5 milyon ABŞ dolları və yaxud 2% artıb. Belə ki, ARDNF-nin valyuta ehtiyatlarında 1 milyard 303,1 milyon ABŞ dolları və yaxud 2,3%, AMB-nin valyuta ehtiyatlarında isə 41,4 milyon ABŞ dolları və yaxud 0,4% artım olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 6 milyard 456,6 milyon ABŞ dolları və yaxud 10,3% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 3 milyard 935,2 milyon ABŞ dolları və yaxud 7,4%, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 521,4 milyon ABŞ dolları və yaxud 27,6% artım nümayiş etdirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir