İqtisadiyyat

Sahib Məmmədov: “2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85% artırılması hədəflənir” – FOTO

Sharing is caring!

“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq yüksəkkeyfiyyətli ekoloji mühit və yaşıl enerji milli inkişaf prioritetləri olaraq seçilib və “2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məhz təmiz ətraf mühit və yaşıl artım ölkəsi üzrə strateji çərçivə müəyyənləşdirilib”.

Oxu.Az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: Çağırışlar və perspektivlər” adlı forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, növbəti ortamüddətli dövrdə tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20%-ə çatdırılması, o cümlədən regionlarda 10% təşkil etməsi, tullantıların çeşidlənməsi, emalı və təkrar istifadəsi sisteminin təkmilləşdirilməsi yolu ilə ehtiyatlara qənaət və bərpa edilməsi potensialının artırılması kimi hədəflər də qoyulub:

“Eyni zamanda, qeyd edim ki, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4%, qeyri-neft-qaz ÜDM-in isə illik orta hesabla 5% artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85% artırılması hədəflənir. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təsdiq olunmuş “2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrasiya edilib”.

Nazir müavini əlavə edib ki, azad edilmiş torpaqlarımızın reinteqrasiyası, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası zamanı BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb:

“Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir. Bu ərazilərdə yaşıllaşma və karbonsuzlaşma sahəsində yerli və xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb. Azərbaycanda Yeni Nəsil İqtisadiyyat Strategiyasının reallaşdırılması yeni dövrdə biznesin yeni nəsil iqtisadiyyatına transformasiyasının gücləndirilməsinə zəmin yaradacaq. Strategiyanın icrası çərçivəsində rəqəmsal iqtisadi ekosistemin vəziyyətinin dəyərləndirilməsi üzrə araşdırma aparılacaq, rəqəmsallaşma üçün əlverişli mühit yaradılacaq, texnoloji və rəqəmsal sahədə inkişafa və dövlət-özəl əməkdaşlığına töhfə veriləcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir