İqtisadiyyat

Azərbaycan fevralda OPEC kvotasını 86% istifadə edib

Sharing is caring!


Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub.

Oxu.Az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 476 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 86,39 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir