İdman

“El-Klassiko” öncəsi “Real Madrid” düşərgəsində şok: Benzema zədələnib – FOTO

Sharing is caring!


Madrid “Real”ının futbolçusu Kərim Benzema Çempionlar Liqasında İngiltərə “Liverpul”u ilə oyunda zədələnib.

Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) saytı xəbər yayıb.

Futbolçunun özü baldırından bərk zərbə aldığı üçün meydanı tərk etdiyini bildirib.

“Ancaq bazar günü “Barselona” ilə oynamağa hazır olacağam”, – deyə Benzema vurğulayıb.

Qeyd edək ki, martın 19-da “Real Madrid” “Barselona” ilə qarşılaşacaq.

Xatırladaq ki, “Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərə “Liverpul”una qalib gəlib. İspaniyanın paytaxtında keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yeganə qolu Kərim Benzema vurub. O, 79-cu dəqiqədə fərqlənib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir