İqtisadiyyat

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48%-i tamamlanıb

Sharing is caring!


2021-ci ilin fevralın 14-də təməli qoyulmuş Horadiz – Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48%-i tamamlanıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

Məlumata görə, ADY-nin işçi qatarları sözügedən dəmir yolu xəttinin Həkəri stansiyasına kimi hərəkət edə bilirlər.

Ox üzrə uzunluğu 110,4 kilometr olan dəmir yolu xətti üzrə doqquz stansiya, dəmir yollarının ən uzun – 23 aşırımlı, 771 metr uzunluğunda körpüsü, müstəqillik dövründə qapalı üsulla tikilən ilk dəmir yolu tuneli və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi həyata keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir