İqtisadiyyat

Münasib qiymətə satılan hazır və dondurulmuş qidalarla bağlı ARAŞDIRMA + VİDEO

Sharing is caring!


Dondurulmuş düşbərələr, xəngəllər, müxtəlif ət və tərəvəz yeməkləri, hətta meyvələr…

Xezerxeber.az-ın məlumatına görə, son vaxtlar daha çox populyarlıq qazanan bu qidalara təlabat artıb.

Satıcıların sözlərinə görə, əvvəllər çoxda məşhur olmayan dondurulmuş hazır yeməklər indi ən çox satılanlardır.

Hər mövsümün isə öz təlabatı olan hazır qidalar var. Qışda xəmir xörəkləri və tərəvəzlər, yayda isə meyvə və hazır ətlər…

Xəmir xörəklərinin isə qiyməti məhsulun növünə görə dəyişir.

Bütün bunlarla bərabər son zamanlar hazır ət hissələridə var ki, onlar da təlabatı artan məhsullardır.

Satıcılar bildirirlər ki, məhsulların münasib qiymətə təklif olunmasının səbəbi xaricdən ucuz qiymətə gətirilmələridir. Buna görə yerli məhsulla nisbətdə daha münasib qiymətə təklif olunur.

Qida ekspertləri isə bildirirlər ki, belə məhsulları alarkən mütləq uyğunluq, keyfiyyət sertifakatları tələb edilməlidir. Məhsulun standartlara uyğun olduğuna əmin olduqdan sonra onu istifadə etmək lazımdır.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir