İqtisadiyyat

Ölkə daxilində daşınan yüklər necə sığortalanmalıdır? – ARAŞDIRMA + VİDEO

Sharing is caring!


İçərisində tonlarla süd olan maşında problem yaranıb və süd yola dağılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisənin bölgələrin birində baş verdiyi bildirilir.

Bu hadisə ölkə daxilində daşınan yüklərin sığorta edilib-edilməməsini gündəmə gətirir.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov bildirib ki, Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil. Üstəlik, bu, könüllü sığorta növü olduğundan həm şirkətlər, həm də yük sahibləri bəzən buna biganə yanaşırlar. Amma beynəlxalq təcrübədə yüklərin sığortalanmasına xüsusi önəm verilir.

Ekspertin sözlərinə görə, tərəflər arasında bağlanan müqavilə şərtlərinə əsasən yüklərə təminat verilir.

Bəzi yüklərin daşınma riski çox yüksək olduğundan əksər şirkətlər onları sığortalamaqdan imtina edirlər.

Sığorta haqqı isə yüklərin risklilik dərəcəsindən, daşındığı ərazidən və məsafədən asılı olaraq dəyişir.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir